Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Yelo Bank” və “Accessbank” Mərkəzi Bankın tələblərini pozdu

“Yelo Bank” və “Accessbank” Mərkəzi Bankın tələblərini pozdu

“Yelo Bank” və “Accessbank” Mərkəzi Bankın tələblərini pozdu
2025-02-04 , 17:19

“Yelo Bank” və “Accessbank” Azərbaycan Mərkəzi Bankının tələblərini pozub. 

 
Bu barədə AMB-dən bildirilib. 
 
Məlumata görə, hər iki bank valyuta mübadiləsi əməliyyatlarına dair məlumatları təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim etməyib. 
 
Bu isə “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin 7.5-ci bəndinin tələblərinə ziddir.  “Banklar haqqında” qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank “Yelo Bank” və “AccessBank”a gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verib./Valyuta.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.