Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda bu məktəbdə zəhərlənmə

Bakıda bu məktəbdə zəhərlənmə

Bakıda bu məktəbdə zəhərlənmə
2025-02-07 , 21:11

Hövsan qəsəbəsində yerləşən V. Mirzəliyev adına 281 nömrəli məktəbin bufetində zəhərlənmə hadisəsi baş verib.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı məktəbə polislər baxış keçirib.
Şagirdlərin verdiyi məlumata görə, polislər direktora müraciət edib və araşdırmalar aparıb.
Redaksiyamız hadisə baş verən məktəblə əlaqə saxlayıb zəhərlənmənin hansı qidadan olduğunu araşdırmağa çalışıb.
Lakin məktəbdən zəngə cavab verən şəxs kobudluq edərək dəstəyi asıb.
Qeyd edək ki, 281 nömrəli məktəb jurnalistlərə qarşı hər dəfə kobudluq edir, məktəbə gələn jurnalistləri qovur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.