Məmurlar sonuncu dəfə nə vaxt metroya minib? - SORĞU
Azərbaycanın sabiq hərbi prokuroru və hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyevin Bakı metrosunun “İçərişəhər” stansiyasında görünməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Cavablar illərlə metroya minməyənlərdən tutmuş, həftəlik istifadə edənlərədək dəyişib.
Milli məclisin deputatı Naqif Həmzəyev bildirir ki, sonuncu dəfə bir neçə gün əvvəl metrodan istifadə edib.
""28 May" metro stansiyasından "Xətai" metrostansiyasına getmişəm. Hər həftə iki üç dəfə metrodan istifadə edirəm", - deputat vurğulayıb.
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov metrodan sonuncu dəfə tələbəlik illərində istifadə etdiyini deyib.
"Çoxdandı metroya minmirəm. Sonuncu dəfə tələbə vaxtlarımda minmişəm",- eks nazir bildirib.
Deputat Fazil Mustafa sonuncu dəfə nə vaxt istifadə etdiyini xatırlamadı.
"Nə vaxt istifadə etdiyimi xatırlamıram. Hər halda beş il öncə..",- o bildirib.
Sabiq Təhsil naziri Misir Mərdanov da metrodan nə vaxt istifadə etdiyini xatırlamadı.
"Lap çoxdan. Düzünü desəm, xatırlamıram",- Mərdanov bildirib.
Deputat Aydın Mirzəzadə metrodan sonuncu dəfə bir neçə gün əvvəl istifadə etdiyini bildirib.
"Əvvəllər daha çox istifadə edirdim. Gündəlik istifadə etmirəm. Tıxac olduğu zaman məcbur metroya düşürəm",- deputat bildirib.
Millət vəkili Razi Nurullayev sonuncu dəfə 1 ay əvvəl istifadə etdiyini söyləyib.
"Təxmin'n bir ay olar istifadə etmişəm. Əvvəllər daha çox istifadə edirdim. Amma indi getdiyim yerlərə metro olmadığı üçün məcbur'n maşından istifadə edirəm. Əvvəllər işə getmək üçün "20 Yanvar"dan minib, "Azadlıq" metro stansiyasından çıxırdım"? - o söyləyib.
Deputat Arzu Nağıyev sonuncu dəfə bir həftə əvvəl metrodan istifadə etdiyini vurğulayıb.
Millət vəkili Cavanşir Paşazadə xatırlamadığını, təxminən 15-20 il əvvəl istifadə etdiyini bildirdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyevin sözlərinə görə, sonuncu dəfə iki həftə əvvəl istifadə edib.
"Mütəmadi olaraq həftədə bir iki dəfə istifadə etmişəm. Sadəcə bu həftə az istifadə etmişəm",- o bildirib.
Deputat Məlahət İbrahimqızı isə bu yaxınlarda istifadə etdiyini bildirib.
"Xətai" metrosundan "Neftçilər"ə getmişəm. Tez-tez istifadə etmirəm. Amma bizim metroları çox sevirəm. Xarici ölkələrin metroları çox qurudur. Amma bizdə gözəl dizaynlar var. Əsasən da "Nizami" adına stansiyada... Pik saatlarında istifadə etməmişəm. Çünki çox basabas olur. Səhərlər çox insan olur",- deputat vurğulayıb.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Parlamentin səsini eşitmədiyimiz deputatları – SİYAHI
Yoqa, gilas, Qaçaq Nəbi... - Nə ilə yadda qalıblar?
Avtotəmir sexinin sahibi Azərbaycan məhkəməsini saymır – XƏTAİDƏ ÖZBAŞINALIQ
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12