Musa Şəkiliyevin övladları hansı işlə məşğuldur? – Şirkətlər, restoranlar… (FOTO)
Xəbər verdiyimiz ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İlkin məlumatlara görə, əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb. İcra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır. Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.
Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyev vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Musa Şəkiliyevin övladları – Orxan və Rəsul Şəkiliyevlər – həm Bakıda, həm də Qax rayonunda, eləcə də Rusiyada geniş biznes fəaliyyətləri ilə tanınırlar.
Qardaşların rəhbərlik etdiyi əsas şirkətlərdən biri “Madena” MMC-dir. Şirkətin təsisçisi sabiq icra başçısının oğlu Rəsul Şəkiliyev, qanuni təmsilçisi isə Keyseruxski Şamil Fuad oğludur.

MMC 13 noyabr 2017-ci ildə qeydiyyata alınıb və hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 22C, 4-cü mərtəbədə yerləşir. Nizamnamə kapitalı cəmi 10 manat olan şirkət özünü kənd təsərrüfatı məhsullarının ixracı üzrə ixtisaslaşmış ticarət qurumu kimi təqdim edir. Maraqlıdır ki, şirkətin vebsaytı yalnız rus və ingilis dillərində fəaliyyət göstərir.

Rəsul Şəkiliyev əvvəllər dövlət strukturlarında çalışıb, daha sonra biznes fəaliyyətinə keçib. O, bir neçə il əvvəl bahalı günəş eynəyi ilə gündəmə gəlmişdi – həmin eynəyin qiymətinin bir müharibə veteranının 4,5 illik pensiyasına bərabər olduğu bildirilmişdi.

Əvvəldən biznesmen kimi özünü tanıtmaq istəyən Orxan Şəkiliyev də böyük iş adamı kimi tanınır. Onun da Bakının bir sıra rayonlarında kafe və restoran şəbəkələri var, həmçinin Qaxda mebel istehsalı ilə məşğul olduğu deyilir.
Əhməd

Rəsul Şəkiliyev

Orxan Şəkiliyev

OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Qaxın həbs edilən icra başçısı ilə bağlı ŞOK FAKTLAR
Şəkiliyevlə yanaşı bu məmurlar da saxlanılıb - Adlar
İcra başçısı həbs edildi, müğənni faktları açdı: “Bu hərəkəti ona bağışlamadım”
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12