Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Cavadzadə”nin direktoru və baş həkimi işdən çıxarıldı - Yeni təyinatlar

“Cavadzadə”nin direktoru və baş həkimi işdən çıxarıldı - Yeni təyinatlar

“Cavadzadə”nin direktoru və baş həkimi işdən çıxarıldı - Yeni təyinatlar
2025-10-31 , 15:01

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev və baş həkimi Nicat Kərimov vəzifələrindən azad ediliblər.

Yenilik.az TƏBİB-ə istinadən xəbər verir ki, qurumun icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə sözügedən xəstəxanaya Pərviz Hacıyev rəhbərlik edəcək.
Bundan əlavə, tibb müəssisəsinə direktor müavini - baş həkim təyinatı da baş tutub. Belə ki, bu vəzifəyə Elçin Mustafayev təyin olunub.
Bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək Pərviz Hacıyev ixtisasca uroloqdur. O, 2020-2022-ci illərdə M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın baş həkimi vəzifəsində çalışıb. Yeni təyinata qədər isə özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb.
E.Mustafayev də ixtisasca uroloqdur və yeni təyinata qədər eyni tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.