Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı

Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı

Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı
2026-01-08 , 18:42

Tanınmış aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb.

Yenilik.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib.

O, bildirib ki, Nəsimi Nəbizadə paytaxtın Səbail rayonu, Nizami küçəsindəki kafedən yoxa çıxıb:

"Nəsimi müəllimə hər cür yardım edirdik. Sonuncu dəfə dişlərini düzəltdirmək üçün Sumqayıta həkimə apardım. İki gün öncə dedi ki, ürəyim sıxılır, gəzmək istəyirəm. Mən də bununla birlikdə gəldik Nizami küçəsinə. Orada restoranda çörək yedik. Sonra çıxıb gəzdik, söhbətləşdik. Axırda gəldik kafedə çay içməyə. Kafedə əyləşib, çay sifariş verdik. Mən getdim əlimi yumağa. Qayıtdım ki, Nəsimi stolda yoxdur. Düşündüm ki, yəqin ayaqyoluna gedib. Dörd saat kafedə gözlədim, gördüm yoxdur. Bildim ki, Nəsimi Nəbizadə qaçıb".

C.Salmanov bildirib ki, mərkəzin əməkdaşları dərhal Nəsimi Nəbizadənin Saray qəsəbəsindəki ata evinə gediblər:

"Evə getdik, qardaşı Elnur açdı qapını, dedi ki, evə gəlməyib. Hazırda axtarışlarımız davam edir. Biz yenə də ümidimizi üzmürük, qayıdacağını gözləyirik".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.