Balıq qıtlığı qapıdadır: Xəzərin çirklənməsi bazara necə zərbə vurur?
"2025-ci ildə həm Xəzər dənizində, həm də daxili sularda ehtiyatların qiymətləndirilməsi işini elmi əsaslarla aparmağa çalışmışıq. Bu sahədə Türkiyədən olan elm adamları, eyni zamanda Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları ilə birgə qiymətləndirmələr aparılıb". Bu sözləri Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib. Onun sözlərinə görə, proses zamanı bəzi vacib məqamlar üzə çıxıb. Bəzi növ balıqların nəzarətsiz artması qeydə alınıb. Eyni zamanda bəzi balıqların, xüsusilə çəkikimilərin sayının azalması aşkarlanıb. Bəs Xəzərin çəkilməsi, çaylarda suyun azalması balıq bazarına necə təsir edir? Pravda.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlının sözlərinə görə, Kür çayında və digər çaylarda sululuğun azalması keçici və yarımkeçici balıqlara təsir edir: "Hansı balıqlar ki, təbii kürü tökmək üçün kiçik və ya böyük miqrasiya edirlər, onların ehtiyatlarında ciddi azalma müşahidə ediləcək. Çünki çayların suyu balıqların miqrasiya edə bilməsi üçün önəmlidir. Xəzərin səviyyəsinin düşməsi onların çaylara keçməsində müəyyən çətinliklər yaradır. Artıq Xəzər qızıl balığı, nərə cinsli balıqların böyük miqrasiyasından danışa bilmirik. Çünki 1950-ci illərdən sonra bu balıqların miqrasiyası Kür çayı üzərində tikilmiş bəndlərin nəticəsində azalmağa başlamışdı. Hazırda isə bu balıqların təbii kürü tökməsi mövcud deyil".
Sədrin fikrincə, çəkikimilərin azalacağı bir neçə il öncədən bəlli idi: "Səbəblərdə iqlim və ya antropogen faktorları ayırmaq qeyri-mümkündür. 2-3 il öncədən biz bunu proqnoz etmişdik. Həmin dövrdə Kür çayının mənsəbində Salyan-Neftçala ərazisində dəniz suyu Kür çayına qarışmışdı. Hətta Şırvana qədər duzluluq artdı. Bu da Kür çayının mənsəbində kürüləyən çəkikimilərin həmin mövsümdə çox az və yaxud heç olmamasına səbəb oldu. Bu gün həmin prosesin nəticəsini görə bilirik. Son 5-10 ildə balıq ehtiyatları bir neçə dəfə azalıb. Xəzər qızıl balığı hazırda yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Nərə cinsli balıqlardan bölgə, belamur da təhlükədədir. Bu da bazara öz təsirini göstərir. Hazırda bazarlarda olan balıqlar ya idxal, ya da yetişdirilmədir".
Z.Salmanlı bildirdi ki, baş verən proseslərlə əlaqədar bütün balıq növlərində bahalaşma müşahidə ediləcək: "Balıq ehtiyatları azaldıqca artan istehlakı məcbur idxalla qarşılayacağıq. Çünki balıq yetişdirmə sahəsi də çətin vəziyyətdədir. 3-4 ildən sonra bəlkə bu sahə inkişaf edə bilər. Amma hazırda vəziyyət acınacaqlıdır. Balıq adi ərzaqdan bahalı məhsula çevrilib. Bahalaşma bütün növlərdə gözlənilir. Balığın ucuzlaşması üçün ehtiyatlar artırılmalıdır".
Azərbaycan Balıqçılar İttifaqı rəhbəri Əfqan Əliyev isə düşünür ki, balıqların azalmasına səbəb təkcə iqlim yox, həm də insan amilidir: "Ümumiyyətlə, Kür və Araz çaylarının suyunun azalması onlardan ayrılan qolların qurumasına səbəb olur. Bu da əsasən çəkikimilərə və müəyyən dərəcədə nərəkimi balıqların populyasiyasına mənfi təsir göstərir. Bunun üçün böyük su hövzələrindən ayrılan qolların mütəmadi olaraq təmizlənməsi və qorunması vacib amillərdəndir. Çəkikimilərin azalmasının əsas səbəblərinin iqlim dəyişikliyinə bağlı olması ilə razı deyiləm. Çünki son 15 ildə müşayiət etdiyimiz və apardığımız monitorinqlər insan faktorunun da böyük rolunun olduğunu göstərib. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılan su hövzələri təhlükəsizliyi agentliyi sənaye balıqçılığında istifadə olunan alətlərə nəzarəti gücləndirməlidir ki, balıq ehtiyatlarının azalmasının qarşısı alınsın".
Ə.Əliyevin sözlərinə görə, təbii su hövzələrimizdə çəkikimilərin və digər balıqların azalması nəinki düşündürücü, hətta faciəvidir: "İki il öncə rəsmi qurum nümayəndələrindən biri bu rəqəmin 80 faiz üzərində olduğunu bildirmişdi. İndi bu göstərici daha da artıb və buna əsas olaraq balıq məhsullarının bugünkü qiymətlərini göstərmək olar. Bu isə alıcılıq imkanlarına da xeyli təsir göstərir".
Müsahibimiz artan bazar qiymətlərindən də bəhs etdi: "5-10 il bundan əvvələ nəzər salsaq görərik ki, Xəzər balıqlarının qiyməti 3-4 dəfə artıb. Artım əsasən kütüm, Xəzər sıfı, qızıl balıq və nərəkimilərdə müşahidə olunur. Çünki bu balıqların sürətlə azalması gedir. Balıq ehtiyatlarının azalması təkcə bazar qiymətlərinə deyil, insanların sağlamlığına da təsir edir. Xəzərin çəkilməsi prosesi dayanana qədər təbii su hövzələri balıqlarının qiymətlərində artım davam edə bilər. Qiymət artımının qarşısının alınması hələ ki idxaldan asılıdır. Balıq qıtlığının aradan qaldırılması üçün tədqiqatlar artıq dövlət səviyyəsində aparılır".

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“Balıq alarkən, qulağına yox, bu hissələrinə diqqət edin, günah hesab edilən balıq…” — AĞA SALAMOV
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
Abşeron RİH-dən TƏKZİB
4 milyonluq işdə yüksək vəzifəli şəxslərin adı hallanır – Biri Federasiya prezidentidir
Kürdə suyun səviyyəsi artıb
8-ci km bazarında balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb - VİDEO
Bu gündən balıq ovu qadağan edildi
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14