Amil Xəlil danışdı: “Heç vaxt Azərbaycan xanımlarını təhqir etmərəm”
Tanınmış aparıcı Amil Xəlil dekabrın 25-i “Gəl, danış!” proqramında bölgələrdə yaşayan ailələrin övladlarını, xüsusilə qızlarını Bakıdakı universitetlərə göndərməsini tənqid etməsinə görə Audiovizual Şuranın qərarı ilə “Space TV”nin yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımın 3 saatlıq dayandırılması barədə qərara münasibət bildirib.
“Tamaşaçılara təşəkkür edirəm. Baxıb, düzgün reaksiya veriblər. Mən heç vaxt Azərbaycan xanımlarını təhqir etmərəm. Bir-iki nəfər çıxışımı kontekstdən çıxardı, verilişin əvvəlinə baxmadılar. 18 yaşlı qız 36 yaşlı kişiyə qoşulub qaçmışdı. Mən də gedib evindən tapıb çıxarmışdım. Gətirdim anasına verdim. Anası zəhmətkeş, əziyyət çəkən bir qadındır. Dedim ki, anan sənin üçün süd-qatıq satır, sən isə universiteti atıb, başqasına qoşulub qaçmısan. Deputat Fazil Mustafa da bu barədə yazdı, bir neçə deputat da. Sağ olsunlar. Yenə də tərəfdarıyam ki, istər qız, istərsə də oğlan olsun, yaxın ərazidə şərait varsa, valideynlər övladlarına nəzarət etməlidirlər. Narkomaniya baş alıb gedir. Mən noyabr-dekabr ayları ərzində 19-22 yaş arasında altı nəfəri reabilitasiya mərkəzlərindən birinə pulsuz yerləşdirmişəm. Dediklərimin hər birinin sübutu var. Həmin Amiləm, yeganə adamam ki, üç ildən çoxdur, “Xoş gəldin” layihəm efirə gedir, üç ildir, “UAZ”larla, atla gedib şənbə-bazarımı dağ kəndlərinə həsr edirəm, yol, su problemlərini işıqlandırıram. Mən də şənbə-bazar hansısa müğənnini çağırıb, efirimdə istədiyim kimi hərəkət edə, qazana da bilərəm. Ağlamaq kimi çıxmasın, 15 ildir, efirdəyəm, yaşayışım göz önündədir. Mən detallardan, sosial şəbəkələrdən uzağam, yenə də problemləri çəkib işıqlandırıram. Bəzi jurnalistlər var ki, verilişlə bağlı irad bildirdilər, hansı indiyə qədər 146 şəhid ailəsini çəkib? Deyim ki, ona halaldır. Mən 5 ilə yaxındır, hər ay bir film təqdim edirəm. “Yuxuda gələn şəhadət” filmimin bəzi bölümləri bloka düşüb, amma 146 burxılışı var. Verilişimiz “Youtube”dan sırf şəhid mahnılarına görə silinir. Tarlı-kamanlı bircə ağlamalı mahnı var, onu qoya bilirik. Allah rəhmət eləsin, Vüqar Həsənzadə dünyasını dəyişib. Yəqin, sağ olsa, o da qoymayacaqdı ki, musiqini “Youtube”a yükləyək. Belə çıxır… “Vətən uğrunda”, “Vətən sorğusu” filmlərim də var. Mən də müğənniləri efirə çağırıb oynayaram, tullanıb-düşərəm, pul da alaram. “Xoş gəldin” barədə on səkkiz deputat yazıb ki, belə layihə yoxdur, boş qalan kəndləri çəkirlər, bunu Amil Xəlil edir”, – o bildirib.
OXŞAR XƏBƏRLƏR

Ölkəmizdə vəkillərin sayı 2609 nəfərə çatdı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Bakıdakı paraddan tarixi görüntülər – Fotolar
Gürcülər Azərbaycanda istehsal olunan süddə zəhərli maddə tapdılar – Təfərrüat
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Fazil Mustafanın Şuraya etirazı, aparıcıya dəstəyi və yanlışı...
Şura cəzalandırmışdı, deputat Amil Xəlili müdafiə etdi
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14