Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı
2026-02-14 , 15:13

Fevralın 4-ü Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirov xəstəxanadan evə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.az-a azyaşlının atası Rəşad Bəşirov bildirib.
O qeyd edib ki, bu gün səhər saatlarında uşaq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında təkrar tibbi müayinədən keçirilib və o, ambulator müalicə üçün evə buraxılıb: “Vəziyyəti normallaşır, yavaş-yavaş yeriyir. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur, vəziyyəti yaxşıdır. Ona görə də məsləhət gördülər ki, müalicəsi ev şəraitində davam etdirilsin”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.