Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanlı şagirddən MÖHTƏŞƏM UĞUR - 82 min dollar TƏQAÜD alacaq

Azərbaycanlı şagirddən MÖHTƏŞƏM UĞUR - 82 min dollar TƏQAÜD alacaq

Azərbaycanlı şagirddən MÖHTƏŞƏM UĞUR - 82 min dollar TƏQAÜD alacaq
2026-02-24 , 15:51

Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Hüseynli dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird olub.


Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, N.Hüseynli güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilib. Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir.

Onun təqaüdü 82 000 ABŞ dolları məbləğindədir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.