Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi
2026-04-05 , 15:01

Tbilisi məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovu cərimələyib və Gürcüstan ərazisindən çıxarılması barədə qərar qəbul edib.

Yenilik.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.
DİN-in məlumatına görə, Ə.Sadıqov sosial şəbəkələrdə polis əməkdaşını təhqir etdiyi üçün saxlanılıb. Məhkəmə qərar çıxararkən jurnalistin əvvəllər 62 dəfə inzibati qanunvericiliyi pozması faktını da nəzərə alıb. Qərara əsasən, o, cərimələnib və Gürcüstana girişi 3 il müddətinə qadağan edilməklə ölkədən deportasiya olunub.
Xatırladaq ki, Əfqan Sadıqov Azərbaycanda 2024-cü ilin sentyabr ayından axtarışa vermişdi. Lakin 2025-ci ilin fevralında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun Azərbaycana ekstradisiya edilməsinə qadağa qoymuşdu.
Gürcüstan DİN-in son bəyanatında bildirilir ki, bir neçə gün əvvəl Azərbaycan Prokurorluğu Əfqan Sadıqov barəsindəki cinayət təqibinə xitam verib. Bu səbəbdən ekstradisiya prosedurları dayandırılıb və jurnalist Azərbaycana deportasiya edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.