Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edildi
Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilərək cəzası 6 ay azaldılıb.
“Report”un məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, onun barəsində olan hökm dəyişdirilib və Ü.İlyasovaya 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmçinin Ü.İlyasovaya amnistiya aktı tətbiq edilərək ona təyin edilən 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası da 6 ay azaldılıb.
O, cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, məhkəmənin əvvəlki proseslərinin birində zərərçəkənin şikayəti əsasında onun barəsində həbs qərarı çıxarılmışdı.
Qeyd edək ki, Ülviyyə İlyasova barəsində bir neçə dəfə cinayət işi açılıb.
Yasamal Rayon Prokurorluğunun 2024-cü ilin sentyabrında yaydığı məlumata görə, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova həmin ilin aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb, həmçinin növbəti gün isə xəstədə qanaxma baş verdikdə onu köməksiz vəziyyətdə qoyub.
Məlumatda vurğulanıb ki, S.Vəliyeva keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən ölüb.
Səbirə Vəliyevanın Ülviyyə İlyasovanın eltisi olduğu bildirilir.
Ülviyyə İlyasovaya sözügedən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
O, 2025-ci ilin may ayında sözügedən iş üzrə məhkəmənin hökmü ilə 3 il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilmişdi.
Ü. İlyasovaya cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti il 3 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Ali Məhkəmə onun barəsində hökmü ləğv edərək yenidən araşdırmaya göndərmişdi.
Həmçinin Yasamal rayon prokurorluğunun 2025-ci ilin sentyabr ayında yaydığı məlumata görə, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz “liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Ü.İlyasova bu cinayət işi üzrə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Əməliyyat etdiyi Səbirəni maşında bu vəziyyətdə aparıb – ŞOK FAKTLAR
Prokurorluq Ülviyyə İlyasovanın həbsini tələb etdi - İş məhkəməyə getdi
“TikTok”da təhqir olunan şəxs hara müraciət etsin?
Qəza zamanı xəstənin ölümünə səbəb olan təcili tibbi yardım maşınının sürücüsü amnistiyaya düşdü
Eltisinin ölümünə səbəb olan Ülviyyə yenidən iş başında: Müştəri qəbul edir
Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
Məşhur kosmetoloq plagiatda günahlandırıldı, dəfələrlə məhkəməyə verildi, cərimələndi - ARAŞDIRMA
Amnistiya təşəbbüsü Azərbaycan dövlətinin humanist siyasətinin təzahürüdür
“Epşteyn faylları”nda adı çəkilən Azərbaycan şirkəti ilə bağlı ŞOK FAKTLAR
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14