“Epşteyn faylları”nda adı çəkilən Azərbaycan şirkəti ilə bağlı ŞOK FAKTLAR
Bütün dünyanı silkələyən “Epşteyn faylları”nda bir Azərbaycan şirkətinin də adı hallanır. Bu, “AzPod”dur.
Şirkətin təsis sənədləri qapalı olduğundan onun əsl sahibinin kim olduğu bəlli deyil. Amma ehtimallara əsasən, bu şəxs keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədovdur.
Açıq mənbələrdə “Azpod” MMC-nin adı müxtəlif vaxtlarda bir sıra məhkəmə şikayətləri və vergi borcu ilə hallanıb. Məsələn, 2015-ci ildə “AzSığorta” “AZPOD” şirkətini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan "Azpod" MMC apellyasiya şikayəti verib. Həmin il sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində “AZPOD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “AzSığorta” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
2017-ci il martın 25-də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulub. Həm də “Paşa Bank” ASC-nin iddiası əsasında.
Məhkəmədə “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Məmmədovun şəxsən özü cavabdeh tərəf olub.
Onlara məxsus bir neçə əmlaka, o cümlədən Nərimanov rayonundakı əmlak kompleksi, qeyri-yaşayış binası və Anar Məmmədovun şəxsi mülkiyyətindəki Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi həbs qoyub. Həmin əmlakların bağışlanması, satılması, məhv və istismar edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilib.
“PAŞA Bank” ASC cavabdehlər – “Garant İnşaat Sənaye” MMC-yə (əvvəlki “Azbentonit” sement və tikinti qatqıları zavodu), “Garant Holding” MMC-yə, “Azpod” MMC-yə və Anar Məmmədovun özünə qarşı qarşı iddiada söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi. Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləğidi idi. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsinini də tələb edirdi.
Hər iki məhkəmə prosesində adı çəkilən "Azpod" şirkətinin 4 il öncə bir qrup ABŞ konqresmeninin Bakıya səfərinin təşkilinə qatıldığı iddia olunurdu. Turan İnformasiya Agentliyi 2014-cü ilin yanvarında Vaşinqtondakı rəsmi mənbələrə istinadla xəbər vermişdi ki, "Humpty Dumpty Institute" qrupu və "Azpod" MMC noyabrda konqresmenlərin səfərinə 40 min dollara yaxın pul xərcləyib. Həmin illərdə Anar Məmmədovun təsisçisi olduğu Azərbaycan Amerika Alyansı ABŞ-də lobbiçiliklə məşğul idi. 2015-ci ilin yayında - Azərbaycanda iqtisadi böhranın dərinləşdiyi və neft pullarının azaldığı bir zamanda təşkilat fəaliyyətini dayandırdığını elan etmişdi.
2018-ci il iyunun 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşmüş, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəymişdi. Həmin il bununla əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Monitorinqlərdə çoxlu pozuntular aşkarlanıb.
Aşkarlanmış qanunsuzluqlarla bağlı toplanılmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılmış, eləcə də hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşlarından və aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət istintaq-əməliyyat qrupları yaradılaraq təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Hüquqazidd əməllərə yol verdiklərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, “Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, “Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətiimkan tədbiri seçilib.
2023-cü ildə Azərbaycanda 10-a yaxın şirkətin baş direktoru və təsisçisi olan şəxs 3 milyon manata yaxın vergi borcu olduğuna görə həbs edilib. Mətbuatda yer alan xəbərə görə, Saatlı rayon sakini, 1964-cü il təvəllüdlü Seymur İsmayılov Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2.821.686,30 manat vergi borcu olduğu üçün Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum olunub.
O, bir sıra şirkətlərlə yanaşı "Trans Azpod" və "Konstruktor Test" MMC-lərin qanuni təmsilçisi olub. Seymur İsmayılovun rəhbəri olduğu "Trans Azpod" MMC-nin 336 min 488 manat vergi borcu var.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Milyonlar qazanan keçmiş nazirin şirkəti vergi borclarını ödəmir - ARAŞDIRMA
Media nümayəndələri təltif edildi - Siyahı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
“Epşteyn sənədləri”ndə Elmar Məmmədyarovun da adı var – DETALLAR
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Zakir Qaralovun vergi borcu ilə bağlı rəsmi açıqlama - Şirkətlərin çoxu əl dəyişib
“Xəzər TV” 3 dəfə məhkəmədə uduzub, amma borcu ödəmir
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12