“Yaşıdlarım nəvə sevinci yaşayır...” - 23 il sonra gələn möcüzə-Video
Masallıdan Bakıya üz tutan Əzizovlar ailəsinin 23 illik övlad həsrətinə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında son qoyulub.
56 yaşlı Səlim Əzizov və 40 yaşlı həyat yoldaşı Sədaqət Əzizova ötən gün ilk dəfə valideyn olmanın sevincini yaşayıblar.
Atanın sözlərinə görə, uzun illər müalicələri nəticəsiz qalsa da, bu xəstəxanada icra olunan yeni metod onların ümidlərini yenidən canlandırıb: “23 ildir ki, övlad həsrəti çəkirdik. Dəfələrlə rayonlarda, Bakıda, hətta İranda da müalicələr almışıq, amma xeyri olmayıb. İnternetdən DSX-nin hərbi hospitalında Yeganə xanım barəsində eşitdim və yanına gəldim. Təqribən 3 il müalicə olunduq. Düşündüm nəticə olmur, istədim uzaqlaşam, amma həkim təkid etdi ki, müalicə olunmalıyam. Genetik problem aşkarlanmışdı, ona görə məni digər həkimə yönləndirdi, 3 ay həmin problemə görə müalicə aldım. Axır ki, nəticə əldə olundu...
Bu gün mənim yaşıdlarım nəvə sevincini yaşayırlar, şükür Allahın birliyinə ki, bizə bunu qismət etdi. Bütün övladı olmayan ailələrə bu sevinci arzu edirəm. Ailələr bu üzdən dağılmasın, səbirli olsunlar, Allahdan istəsinlər, bir gün yaxşı olacaq. Doğulan oğlan uşağıdır, atamın adını - Yəhya qoymuşam...”
Mama-ginekoloq Yeganə Əliyeva deyib ki, artıq bu üsulla bir çox ailələr sevinc tapacaq: “Ailə eşidib ki, DSX-nin hərbi hospitalında “ROSİ” üsulu ilə azospermiya xəstələrinin problemi həll olunur. Onlar 3 il öncə bizə üz tutanda uzun bir yol keçdilər, səbirli oldular. Hazırda çəkisi 2770 qram, boyu 49 sm olan sağlam oğlan uşağı doğulub.
Biz “ROSİ” üsulunun təlimini ilk dəfə Yaponiyada keçdik. Hazırda Özbəkistan Respublikası ilə də əməkdaşlıq edirik. Biz embrioloqumuzla artıq bir neçə dəfə Özəbəkistana səfər etmişik. Yaponiyada öyrəndiklərimizi orada da tətbiq edirik. Artıq Özbəkistanda hamilə olan pasiyentlər var. Allah bütün ailələrə övlad qismət eləsin”.
.jpeg)
Hospitalın embrioloqu Yusufcan Bekçi hesab edir ki, bu nəticəyə nail olmaq uzun illər davam edən müalicə və səbirdən keçir: “Xəstə bizə müraciət edəndə çoxlu sayda uğursuz əməliyyatlar keçirmişdi. Bizdə bir müddət müalicə olunduqdan sonra nəticə əldə etdik. Artıq əlimizdə belə gözəl körpə - Yəhya balamız var var. Biz bu körpəni çox çətinliklərlə əldə etdik. 3 il çox qısa müddət deyil. Evliliyin 22-ci ilində hamiləlik xəbərini aldıq və 23-cü ildən sonra isə körpə doğuldu. “ROSİ” üsulu ilə bunu bacardıq. Yaponiyada öyrəndiyimiz bu üsul odur ki, əgər spermlər inkişaf etməyibsə, biz onu özümüz götürüb yumurtanın içərisinə qoyuruq. Bundan sonra da bütün ümidsiz ailələrə ümid olmağa davam edəcəyik”.
Gülnar Əliyeva
Foto-Video: Pərvin Zeynal
(1).jpeg)



OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Bakının ən bahalı ginekoloqları - Qeysəriyyə qiymətləri - SİYAH
İranın “ucuz” və “keyfiyyətli” səhiyyə tələsinə düşənlər - Araşdırma
Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
"Məlhəm" hospitalından İDDİALARA CAVAB: "Səhvimiz varsa, qanun qarşısında cavab verəcəyik"
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
"Bona Dea xəstəxanası nəyə görə Nəzrin Mansurovnın maşından klinikayadək gəlişinin kadrlarını ictimaiyyətə açıqlamır?"
“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” — 10 ildən sonra açılan ŞOK FAKT — ÖZƏL MÜSAHİBƏ
DSX: 87 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
Nazilə Səfərli izləyicisini polisə verdi: "Sizin üçün Arzum deyiləm" - FOTO 2026-07-01 , 07:37
Rəqsanənin qızından gözlənilməz addım: Adını dəyişdirdi - FOTO 2026-07-01 , 07:36
Rəqqasənin yeniyetmə oğlu maşın sürdü – VİDEO 2026-07-01 , 07:29
“İsraillə münasibətimizi kimə görəsə pozmamalıyıq” – Tofiq Abbasov 2026-07-01 , 07:26
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
“Oğlumun "qan pulu"nu yeyə bilərmi?” – Şəhid anasının 30 mini mənimsənilib? 2026-07-01 , 07:23
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - FOTO 2026-07-01 , 07:19
İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı – VİDEO 2026-07-01 , 07:17
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama 2026-07-01 , 07:15
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - Fotolar 2026-07-01 , 07:14
Serialdan sonra sevgili oldular 2026-07-01 , 07:13
Qardaşlıq sınağa çəkiləndə - AŞPA-da niyə susdunuz? 2026-07-01 , 07:12
Yaxın Şərqdəki tarixi mənzərədən - Türkiyə necə nəticə çıxaracaq?
Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video 2026-07-01 , 07:10
“1xBet” vasitəsilə qanunsuz mərc oyunları təşkil edənlər tutuldu - KMBİ-dən əməliyyat 2026-07-01 , 07:09
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - Fotola 2026-07-01 , 07:08
"Süni intellekti bilən müəllimlər yetişdirilməlidir" 2026-07-01 , 07:06
Şou-biznesin “avtoritet”i səhnədə özünü biabır etdi - VİDEO 2026-07-01 , 07:03
Şeyxin qızı 20 il sonra torpaq sahəsini əsl sahibinə qaytardı 2026-06-30 , 22:17
Tamștatlı müəllimlər sertifikasiya olunmayacaq - Nazir 2026-06-30 , 14:26
“Nəticədə bir yaxşı müəllim azalır, bir pis direktor artır” 2026-06-30 , 14:21
Mehriban Əliyevanın sədrliyi ilə RİŞ-nin ilk iclası keçirildi 2026-06-30 , 07:19
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar 2026-06-29 , 20:30
"Verilişlərdəki ekspertlər xalqın düşmənidir" - Video 2026-06-29 , 18:36
Misir Mərdanov məktəblərdə telefon qadağası haqda danışdı 2026-06-29 , 18:33
Həbibbəyli məsələsinə Cəlaloğlunun reaksiyası: “Orta səviyyəli alimdir” 2026-06-29 , 18:30
Aparıcı Nigar Fərhadın şirkəti vətəndaşın pulunu mənimsəyib – Foto 2026-06-29 , 18:28
Leyla və Alena Əliyevalar festivalda - Fotolar 2026-06-29 , 17:47
Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO 2026-06-29 , 17:45
“Taşfırın”da dönərçidən xadiməyə qarşı - Cinayət 2026-06-29 , 17:42
"Həyat belədir, ən yaxın adamın da sənə bunu edir" - VİDEO 2026-06-29 , 17:41
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO 2026-06-29 , 17:39
Prezident 2 fərman imzaladı 2026-06-29 , 17:38
“100 minə görə 4 balamı anasız qoyursunuz”-VİDEO 2026-06-28 , 20:40
Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO 2026-06-28 , 20:38
Skandal açıqlama - Nura Suri blogerləri yerə vurdu 2026-06-28 , 20:37
Vatikan da dözmədi, dözmədi, bu dəfəki növbəti İsaya! 2026-06-28 , 20:36
“Yuxu kimi” serialından sonra mənə təzyiqlər oldu, teatra gəlirdilər, bezib usanmışdım ki...” - FOTO 2026-06-28 , 20:35
AQTA “VATA” MMC-ni qalib etdi – Şirkətin borcu da varmış 2026-06-28 , 20:31
“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani 2026-06-28 , 20:31
"Sənətə gəlişimi ona borcluyam" 2026-06-28 , 20:30
Rüfət Axundovun oğlu ilə "gilas" davası - VİDEO 2026-06-28 , 20:28
"İsa Həbibbəyli, bu görüntülərdən sonra istefa verib getməlisən!" – Qənirə Ataşdan sərt çağırış 2026-06-28 , 20:27
İsrail hökuməti “ erməni soyqırımı”na səs verdi 2026-06-28 , 20:19
3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı 2026-06-28 , 20:16
Sumqayıtın küçələri gecələr qaranlığa qərq olur 2026-06-28 , 20:14
Masonların Bakıda gizli toplantısı: Kritik qərarlar verildi – FOTO 2026-06-28 , 20:13