Yenilik.Az
www.Yenilik.Az » Dünya » Bayden Trampı “yaraşıqlı oğlan” adlandırdı

Bayden Trampı “yaraşıqlı oğlan” adlandırdı

Bayden Trampı “yaraşıqlı oğlan” adlandırdı
2023-08-26 , 13:16

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın həbsxanadan paylaşdığı fotoya münasibət bildirib.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, Bayden Trampı “yaraşıqlı oğlan” adlandırıb: “Yaraşıqlı, yaxşı oğlandır”.
Onun sözlərinə görə, Trampın fotosunu televizorda görüb. 
Xatırladaq ki, Donald Tramp avqustun 25-i Corciya ştatının Fulton qraflığının həbsxanasına gedib, 20 dəqiqə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Onun burada 200 min dollarlıq girov müqabilində azad edilməsi barədə razılığa gəlinib. Onun fotosu çəkilib və barmaq izləri alınıb. Tramp daha sonradan burada çəkilən fotonu öz “X” hesabında paylaşıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.