Yenilik.Az
www.Yenilik.Az » Dünya » Paşinyanın keçmiş xanımı bahalı əşyalarını geri qaytardı: “Xahiş edirəm, məni söyməyin” - VİDEO

Paşinyanın keçmiş xanımı bahalı əşyalarını geri qaytardı: “Xahiş edirəm, məni söyməyin” - VİDEO

Paşinyanın keçmiş xanımı bahalı əşyalarını geri qaytardı: “Xahiş edirəm, məni söyməyin” - VİDEO
2026-03-03 , 13:27

Ermənistan Baş nazirinin xanımı Anna Hakobyan birinci xanım kimi aldığı qiymətli hədiyyələri geri qaytaracağını açıqlayıb.

Bakupost.az xəbər verir ki, A. Hakobyan Nikol Paşinyandan ayrıldığını bəyan etdikdən sonra bildirib ki, birinci xanım kimi ona müxtəlif zinət əşyaları hədiyyə olunub.

Onun sözlərinə görə, Korrupsiyanın qarşısının alınması komissiyasının qərarına əsasən həmin zinət əşyaları korrupsiya riski yaratmadığı üçün özünə qaytarılıb.

“Bunların bəzilərini mən taxmışam, bəzilərini isə yox. Bütün bu hədiyyələri, zinət əşyalarını və olduqca bahalı hesab etdiyim paltarları hökumətə təhvil verirəm”.

Son 8 ildə baş nazirin həyat yoldaşı kimi müxtəlif tədbir və mərasimlərdə geyindiyi paltarların yaratdığı obrazlara görə tənqidi münasibətlərlə üzləşdiyini bildirən Anna Hakobyan qeyd edib ki, kimlərisə məyus edibsə, üzr istəyir.

O həmçinin əlavə edib ki, hazırda evi yoxdur, ipoteka ilə aldığı mənzil hələ tikilir. Kartında isə müəyyən məbləğ var ki, bunun dolanışığı üçün kifayət edəcəyini düşünür:

“Maşınım yoxdur və təbii ki, dövlət mühafizəm də olmayacaq. Ona görə məni Yerevanın küçələrində tək gördükdə xahiş edirəm təəccüblənməyin. Həmçinin məni təhqir etməyin, çünki son 8 ildə kifayət qədər təhqir eşitmişəm”

Anna Hakobyan “Mənim addımım” fondunun icraçı direktorudur və bu vəzifədə qalmaq istədiyini də bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.