Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bayram günlərində yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

Bayram günlərində yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

Bayram günlərində yol qəzalarında ölənlərin sayı AÇIQLANDI
2023-03-27 , 09:54

Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.

Yenilik.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat verib.
Bildirilib ki, martın 20-dən 25-dək avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər həlak olub.
"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 3-ü piyadavurma, 2-si maneəvurma və 2-i aşmadır. Ötən il Novruz tətili günlərində 14 nəfər yol qəzasında ölmüşdü, bu il isə 7 nəfər vəfat edib. Bu da 50 faiz azalma deməkdir", - məlumatda qeyd olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.