Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Qayda pozub videosunu paylaşanlara qarşı hansı tədbir görülür?-AÇIQLAMA

Qayda pozub videosunu paylaşanlara qarşı hansı tədbir görülür?-AÇIQLAMA

Qayda pozub videosunu paylaşanlara qarşı hansı tədbir görülür?-AÇIQLAMA
2024-05-02 , 04:00

"TikTok" sosial şəbəkəsində bir şəxs şəxsi hesabında "yol-hərəkəti" qaydalarını kobud şəkildə pozmasıyla bağlı görüntülərini əks etdirən video paylaşıb. "Məmmədov"- "@bagirli_884" profilində paylaşılan videoda "07" markalı maşının gecə vaxtı yolun sağ, sol hissəsində sürətli ziqzaq hərəkətləri etməsi, avtoxuliqanlıqla müşayiət olunan davranışlar sərgiləməsi əks olunub. Maşının dövlət nömrə nişanı görünməsə də, şəxsin "TikTok" profilinə nəzər saldıqda maşının qeydiyyat nişanı "44 BR 024"- olduğu aydınlaşır. Sürücünün maşının idarəedilməsiylə təhlükəli hərəkətlər etməsi "Yol hərəkəti Haqqında" hansı qanunları pozur, və bu sürücüylə bağlı tədbirlər görüləcəkmi?   

Məsələ ilə bağlı Yenilik.az-a Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyevə müraciət etdik. O, bizə geniş şəkildə açıqlama verməsə də, saytımıza bu sözləri deyib: "Videogörüntüdə avtoxuliqanlıq hərəkətləri törədilir. "Yol hərəkəti qaydaları" kobud şəkildə pozulur. Sürücülər nəqliyyat vasitəsini bu formada idarə edərək, özləri ilə yanaşı digər insanların da həyat və saglamlıqlarını təhlükə altına atırlar. Bəzi sürücülər onlara edilən dəfələrlə xəbərdarlıqlara məhəl qoymurlar. Nəqliyyat vasitəsi bizi a nöqtəsindən b nöqtəsinə sağlam şəkildə  apara bilmək üçün istifadə olunan mexanikadır. Bəzi sürücülər  bu kimi hərəkətlərin sonda arzuolmaz hadisələr ilə nəticələnməsini nəzərə almırlar. Paylaşılan video material  araşdırılıb məlumat veriləcəkdir".   
İki gün əvvəl məhz eyni tərzdə davranış sərgiləyən Pərviz Muradov Elşad oğlunun sürücülük hüququ bir il müddətində məhdudlaşdırılaraq, 15 sutka inzibati şəkildə həbs olunmuşdu. BDYP aşağıda təqdim etdiyimiz videodakı qayda pozuntusunu törədən şəxslə də bağlı hansısa tədbir görəcəksə, nəticəsini işıqlandıracağıq. Hələ ki, hər hansı tədbir görüldüyü barədə heç bir məlumat yoxdur.

İmamət İsmayıl Ədilbəyli

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.