Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda "qoçu" sürücü xanımın yolunu kəsib küt alətlə ona hücum etdi - VİDEO

Bakıda "qoçu" sürücü xanımın yolunu kəsib küt alətlə ona hücum etdi - VİDEO

Bakıda
2024-05-24 , 12:21

Bakıda taksi sürücüsünün qorxulu hərəkətləri anbaan kameraya düşüb.

Hadisə mayın 23-də, Bakı-Sumqayıt yolunda (avtovağzalın qarşısında) baş verib.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi 99-UP-654 qeydiyyat nişanlı "Opel" markalı avtomobili ilə xanım sürücünün sükan arxasında olduğu avtomobilin qarşısını kəsib.
Milli.Az xəbər verir ki, bu barədə həmin xanım sürücünün yaxını Avtosfer.az-ın qaynar xəttinə məlumat verib:
"Görüntüdəki avtomobilin sürücüsü öncə xanım sürücünü yolda sıxışdırıb. Daha sonra isə onun qarşısını kəsərək avtomobildən düşüb. Bu azmış kimi avtomobilində soyuq silah kimi gəzdirdiyi dəyənəyi götürərək xanımın üzərinə hücum edib. Həmin vaxt hadisə ilə üzləşən xanım sürücü qorxu və həyəcan keçirib", - deyə oxucu bildirib.
O, hüquq mühafizə orqanlarından həmin sürücünün cəzalandırılmasını xahiş edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.