Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Tovuzda maşın Kürə düşdü - 3 nəfər öldü

Tovuzda maşın Kürə düşdü - 3 nəfər öldü

Tovuzda maşın Kürə düşdü - 3 nəfər öldü
2024-06-03 , 16:29

Ötən gecə Tovuzda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 60 BH 272 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil Hunanlar kəndindəki körpüdən Kür çayına aşıb. Hadisə nəticəsində maşında olan 4 nəfərdən biri - 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub.
Sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov suda boğularaq ölüb. Onların tapılması istiqamətində iş aparılır.
Avtomobildə olan şəxslərin rayonun Abulbəyli kənd sakini olmaları bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.