Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Qusarda “TikTok” videosu çəkən şəxsin qəzaya düşmə ANI

Qusarda “TikTok” videosu çəkən şəxsin qəzaya düşmə ANI

Qusarda “TikTok” videosu çəkən şəxsin qəzaya düşmə ANI
2024-07-20 , 16:11

Qusarda yük maşını minik avtomobili ilə  toqquşub, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.


"Unikal"ın məlumatına görə, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində "Tiktok" platforması üçün video çəkən rayon sakini 1995-ci il təvəllüdlü Albert Xaspoladov ağır qəza törədib. 

O, video çəkən zaman "VAZ 2107" markalı minik avtomobili ilə  qəfil əks zolağa manevr etdiyindən 1997-ci il təvəllüdlü Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə Albert Xaspoladov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.