Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Gəncədə qadın sürücü kuryerə hücum etdi – VİDEO

Gəncədə qadın sürücü kuryerə hücum etdi – VİDEO

Gəncədə qadın sürücü kuryerə hücum etdi – VİDEO
2025-12-06 , 08:20

Gəncədə kuryerlə qadın sürücü arasında yol hərəkəti zamanı münaqişə yaşanıb.

yenilik.az Gencexeber.az-a istinadən xəbər verir ki, hadisə şahidləri tərəfindən bildirilib ki, xoşagəlməz hal sakinlərin gözü qarşısında baş verib. “90 NY 810” dövlət qeydiyyat nişanı olan “Chevrolet Cruz” markalı avtomobilin qadın sürücüsü mopedlə hərəkətdə olan gənc kuryerə hücum edərək ona qarşı fiziki təzyiq göstərməyə çalışıb, habelə ünvanına nalayiq ifadələr işlədib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır: “Məsələ ilə bağlı hüquqi qiymət veriləcək”.
 



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.