Yenilik.Az
www.Yenilik.Az » İdman » “Azərbaycana qarşı oynamaq daha asan olacaq”

“Azərbaycana qarşı oynamaq daha asan olacaq”

“Azərbaycana qarşı oynamaq daha asan olacaq”
2023-03-28 , 14:32

Estoniya millisinin baş məşqçisi Tomas Heberli AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı səfər oyunundan sonra fikirlərini bildirib.

Mütəxəssis Azərbaycan yığmasına qarşı keçirəcəkləri növbəti matçda oynamağın daha asan olacağını deyib:
“Çox güclü komandalara qarşı mübarizə apara bilərik. Cəsarətli oynadıq və risk etdik. Azərbaycan millisinə qarşı keçirəcəyimiz növbəti matçda futbol oynamaq, bəlkə də, bir az asan olacaq. Həmin matçda topa daha çox sahib ola biləcəyik. Azərbaycanla oyun fərqli olacaq”.
Seçmə mərhələnin III turunda keçiriləcək Azərbaycan-Estoniya oyunu iyunun 17-də “Dalğa Arena”da baş tutacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.