Yenilik.Az
www.Yenilik.Az » İdman » Türkiyəli idmançı İrəvandakı Avropa çempionatında huşunu itirdi

Türkiyəli idmançı İrəvandakı Avropa çempionatında huşunu itirdi

Türkiyəli idmançı İrəvandakı Avropa çempionatında huşunu itirdi
2023-04-16 , 19:21

Aprelin 16-da Türkiyə idmançısı Bayav Pelinsu Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı zamanı huşunu itirib.

Məlumata görə, 49 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı ağırlıqqaldıran ştanqaya yaxınlaşaraq onu bir neçə saniyə qaldırıb. Lakin o, qəfildən ştanqı yerə atıb və huşunu itirib. Türkiyəli idmançıya dərhal tibbi yardım göstərilib.
Xatırladaq ki, aprelin 15-dən aprelin 23-dək İrəvanda ağır atletika üzrə Avropa çempionatı keçirilir. Yarışda 400-ə yaxın idmançı iştirak edir.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.