Yenilik.Az
www.Yenilik.Az » İdman » “Barselona”nın keçmiş prezidenti “Real”ın rəhbərini tənqid etdi

“Barselona”nın keçmiş prezidenti “Real”ın rəhbərini tənqid etdi

“Barselona”nın keçmiş prezidenti “Real”ın rəhbərini tənqid etdi
2023-10-27 , 16:33

"Barselona" futbol klubunun keçmiş prezidenti Joan Qaspar "Real"ın rəhbəri Florentino Peresi oktyabrın 28-də baş tutacaq "El Klasiko" oyununa gəlmədiyi üçün tənqid edib.

 
"Peresin “El Klasiko”ya gəlməməsi ayıbdır. Bir insan olaraq uğursuzdur. Mən heç vaxt “Real”ın prezidenti vəzifəsini icra etməyəcəyəm",xəbərinə görə, Qaspar deyib.
 
Görüş Barselonadakı “Olimpiko” stadionunda baş tutacaq. Kataloniya komandası bu mövsümün əvvəlindən əsas “Kamp Nou” arenasını təmir etdiyi üçün oyunlar bu stadionda matçlar keçirilir. Oyun Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
 
10 turdan sonra "Real" 25 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. İlk üçlüyü 24 xalla “Barselona” qapayır. İkinci yerdə 25 xal toplaya bilən "Jirona" qərarlaşıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.