Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Yeniyetmə məktəbin notbuklarını oğurladı

Yeniyetmə məktəbin notbuklarını oğurladı

Yeniyetmə məktəbin notbuklarını oğurladı
2023-03-11 , 15:21

Ağdaşda məktəbdən və əyləncə parkından oğurluq edən şəxslər saxlanılıb.

Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən məktəblərin birindən ümumi dəyəri 12 min manata yaxın olan 15 ədəd kompüterin və proyektorun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin yetkinlik yaşına çatmayan rayon sakini olduğu müəyyən edilib və oğurladığı kompüterlər ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Keçirilən digər əməliyyatlar zaman isə rayondakı MMC-lərdən birindən 5 tonluq metal dayaq və Ağdaş mərkəzi parkındakı atraksionun generatorunu və kabelini oğurlayan iki yeniyetmə saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin şəxslər də müəyyən olunub və oğurlanmış əşyalar onlardan maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.