Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Direktorun qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıldı

Direktorun qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıldı

Direktorun qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıldı
2023-04-05 , 13:16

Bərdədə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Yenilik.az xəbər verir ki, bu barədə Bərdə Rayon Prokurorluğundan məlumat verilib.
Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin Rzayevanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2015-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.