Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Azərbaycanda idarə mühasibi onminlərlə manat dövlət vəsaiti mənimsəyib

Azərbaycanda idarə mühasibi onminlərlə manat dövlət vəsaiti mənimsəyib

Azərbaycanda idarə mühasibi onminlərlə manat dövlət vəsaiti mənimsəyib
2023-05-02 , 15:42

Dövlət vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Yenilik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Qarabağ Regional Təhsil idarəsinin mühasibi Böyükkişi Abbasovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Böyükkişi Abbasovun Bərdə rayonunda yerləşən orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərinin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.