Bildirilib ki, tədbir zamanı Ülzan İsmayılov, Ervin Məmmədov, Rəşad Budaqov və Elşən Məmmədov Masallı rayonu ərazisində tutulublar.
Bu şəxslərdən və onlara məxsus nəqliyyat vasitəsindən ümumilikdə 11 kiloqram müxtəlif xassəli narkotik vasitə aşkar edilib. Dəstə üzvləri narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.