Yenilik.Az
www.Yenilik.Az » Kriminal » DİN və DSX-dən Beyləqanda birgə əməliyyat: İran vətəndaşına işləyən dəstə üzvləri ələ keçdilər

DİN və DSX-dən Beyləqanda birgə əməliyyat: İran vətəndaşına işləyən dəstə üzvləri ələ keçdilər

DİN və DSX-dən Beyləqanda birgə əməliyyat: İran vətəndaşına işləyən dəstə üzvləri ələ keçdilər
2023-04-18 , 13:10

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar.

Tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi Novruz Nəcəfov Beyləqan rayonu ərazisində tutulublar. Bu şəxslərdən ümumilikdə 12 kiloqram marixuana və müxtəlif xassəli digər narkotik vasitələr aşkar edilib. 
İlkin sorğu zamanı Aydin Şirinov və Novruz Nəcəfov narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan “Vəli” adlı şəxsin vasitəsilə Beyləqan rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.