Yenilik.Az
www.Yenilik.Az » Kriminal » 7 yaşlı uşağın ölümünə səbəb olan məşqçi narkotikdən istifadə edib

7 yaşlı uşağın ölümünə səbəb olan məşqçi narkotikdən istifadə edib

7 yaşlı uşağın ölümünə səbəb olan məşqçi narkotikdən istifadə edib
2023-05-03 , 17:10

Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı görüntülər yayılıb. 

Mərhum azyaşlının anası və xalası Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib.
Yenilik.az xəbər verir ki, idmançının sosial şəbəkə hesablarına nəzər saldıqda onun narkotik vasitələrlə bağlı paylaşımı diqqət çəkir.
O, səhifəsində "Nəşənin mənə ziyan olduğunu dedilər, güldüm və dedim ki, ziyan olsaydı, bu qədər güldürməzdi məni” paylaşımını edib.

 

 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.