Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Fərid Bakarovun anası oğlunun ölümü ilə nəticələnən hadisənin təfərrüatını DANIŞDI

Fərid Bakarovun anası oğlunun ölümü ilə nəticələnən hadisənin təfərrüatını DANIŞDI

Fərid Bakarovun anası oğlunun ölümü ilə nəticələnən hadisənin təfərrüatını DANIŞDI
2023-05-02 , 21:02

“Bircə ona pis oluram ki, uşağım o dünyaya ac getdi”.

Yenilik.az xəbər verir ki, bu sözləri Baku TV-nin “Arzunun vaxtı” verilişində aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun anası Aynur Məlikova deyib.
O bildirib ki, oğluna məşqçisi Mehman Xəlilov tərəfindən idman zalında şiddət göstərilməsi videosunu sosial şəbəkədə görüb.
Mərhum azyaşlının anası onu da qeyd edib ki, oğlunun nəşinin tabutda aparıldığını öz gözləri ilə görüb:
“Morqa getdim, amma nə əlim uşağıma dəydi, nə də kəfənini gördüm”.
7 yaşlı Fəridin anası övladının ölümünə səbəb olan Mehman Xəlilovun layiq olduğu cəzanı almasını istəyir:
“Ona haqq qazandıranlara haqqımı halal etməyəcəyəm”.
Ətraflı verilişi təqdim edirik:


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.