Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Sabiq icra başçısı oğlunun güllələdiyi şəxsin durumu açıqlandı    

Sabiq icra başçısı oğlunun güllələdiyi şəxsin durumu açıqlandı
 
 

Sabiq icra başçısı oğlunun güllələdiyi şəxsin durumu açıqlandı
 

 
2026-01-16 , 17:46

Yevlax Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədovun oğlu Zaur Səmədovun güllələdiyi şəxsin vəziyyəti açıqlanıb.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 16-da saat 11:40 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 
Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. 
Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, Yevlaxda 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Polis onu saxlayıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.