Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Niyaməddin Musayev: “Musa Musayev və Təranə Qumrala böyük hörmətim var, həmişə də belə olub...”

Niyaməddin Musayev: “Musa Musayev və Təranə Qumrala böyük hörmətim var, həmişə də belə olub...”

Niyaməddin Musayev: “Musa Musayev və Təranə Qumrala böyük hörmətim var, həmişə də belə olub...”
2023-11-30 , 14:47

Müğənni Musa Musayevin həyat yoldaşı Təranə Qumralla birgə qonaq olduğu ATV kanalında yayımlanan “7 tamam” verilişindəki çıxışı müzakirə yaradıb. O, əmisi, Xalq artisti Niyaməddin Musayev barəsində “Niyaməddin kimi əmi görməmişəm, ona canım qurban, evinə gedəcəyəm, hələ oturub nərd də oyanayacağam” sözlərini səsləndirib. Təranə Qumral isə həyat yoldaşının fikirlərinə dəstək çıxaraq “Niyaməddin Musayev Musanın əmisidir deyə yox, xalqın dəyərli, çox qiymətli sənətkarı olduğu üçün biz özümüz də onu sevirik, dinləyirik...” deyib. Sosial şəbəkələrdə müzakirələr zamanı bildirilib ki, Niyaməddin Musayev illərdir, M.Musayevlə  küsülüdür, aralarında barışıq olmayıb.

 
Xalq artisti Niyaməddin Musayev P​​​​ravda.az-a açıqlamasında qardaşı oğlunun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
 
“Onların danışıqlarını eşitdim. Çox sağolsunlar, çox səmimi danışdılar. Mənim də onlara hörmətim var, həmişə də belə  olub. Musaya dəstək olmuşam. Xahiş edirəm, çox suallar verməyin. Zənnimcə, bu fikrim bəs etdi...”, - N.Musayev deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.