Yaşı ilə bağlı sual Xalq artistini əsəbiləşdirdi

Xalq artisti Fatma Mahmudova verilişdə yaşının deyilməsinə əsəbiləşib.
"Yaşımı deyən 1949-cu ildə ölənlərin yanına döşənsin. Nəyinizə lazımdır neçə yaşım var? Belə uşağam, 15 yaşım var. Sonra? Mənə dəyən zərbələr hansı bir insana dəysəydi, onlar adını da yadından çıxardardı. 1991-ci ildə Ağdam-Tiflis avtobusunda ermənilər tərəfindən bomba qoyulduğu üçün iki yerə bölünən avtobusdan salamat çıxmışam. İllərlə ağır vəziyyətdə olmuşam, yaddaşımı itirmişəm. Bu gün ikinci həyatımı yaşayıram. Bura gəlmişəm məni Fatma Mahmudova kimi təqdim edəsiniz, yoxşa yaşımı müzakirə edəsiniz? Fəhlə aktrisayam. Evdə oturmamışam, kimsə gəlsin mənə bazarlıq etsin. Evimin həm qulluqcusu, həm xanımı, həm işimin fəhləsi, həm də sənətkar olmuşam" deyə, F.Mahmudova etiraz edib. (Axşam.az)
OXŞAR XƏBƏRLƏR