Xalq artisti “Bu yay”ı təqdim etdi - VİDEO

Xalq artisti Tünzala Ağayeva “ADAB Production”un dəstəyi ilə yeni layihəsini təqdim edib.
O, yeni klipini yayımlayıb. Ağayevanın çəkdirdiyi ekran işinin rejissoru Azər Cəfərdir.
Xalq artistinin klipdəki geyim obrazları Elnarə De Birbuetə aiddir.
Onun saçı və makiyajı üzərində isə stilist Sabir çalışıb. Qeyd edək ki, mahnının söz və musiqisi Camal Qurbanov və Səbinə Mirzzəyə məxsusdur.
Sözügedən layihə artıq bütün musiqi platformalarında, eləcə də Xalq artistinin şəxsi “Youtube” kanalında yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR