Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ağamirzə çağırış etdi: “Uşağınızı dənizə aparmayın“ - VİDEO

Ağamirzə çağırış etdi: “Uşağınızı dənizə aparmayın“ - VİDEO

Ağamirzə çağırış etdi: “Uşağınızı dənizə aparmayın“ - VİDEO
2024-07-23 , 12:17

Meyxanaçı Ağamirzə valideynlərə çimərliklərlə bağlı çağırış edib.

Yenisabah.az xəbər verir ki,meyxanaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, dənizdə batanlardan danışıb:
"Allaha and olsun nə göydə, nə yerdəyəm. Sizdən xahiş edirəm, xalqım, millətim, uşaqlarınızı dənizə aparmayın. Aparın, qoymayın çimməyə, əllərin yudu, ayağını suya saldı bəsdir. Ürəyim dözmür, nə qədər ölüm xəbəri olar. Hər birinizdən xahiş edirəm, pis oluram. Nə qədər xəbərlər eşidirik: uşaqlar, cavanlar, yaşlılar. Qırıldıq getdik. Ləzzətini qoyduq bir yana, yoxdur yoxdur, çimməyin, girməyin suya. O qədər xəbər alıram ki, ürəyim dözmür. Dedim belə müraciət edim. Özünüz də getdiniz, nəzarət edin. Nə dənizə, nə kanala, nə gölə, nə uşaqlarınız, nə özünüz gedin. Dayanın kənarında havasını alın bəsdir. Elə pis olmuşam ki...".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.