Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Cavanşir Məmmədovun heç yerdə olmayan görüntüləri - VİDEO

Cavanşir Məmmədovun heç yerdə olmayan görüntüləri - VİDEO

Cavanşir Məmmədovun heç yerdə olmayan görüntüləri - VİDEO
2024-07-29 , 15:54

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib.

 
O, müğənninin arxiv görüntülərini izləyiciləri ilə bölüşüb.
 
"Hər birimizin həyatında yeri dolmayacaq biri olur. O insanın qəfil yoxluğu həyatımızda sarsıdıcı izlər buraxır. Zaman keçdikcə yoxluğuna alışmaq əvəzinə, darıxmaq hissi daha da şiddətlənir. Təəssüf ki, tək təsəllimiz itirdiyimiz əzizlərimizin yuxularımızın qonağı olmasıdır. Geriyə qalan isə sadəcə şəkillər və videolardır.
 
Cavanşir babanın ifasında hazırladığım video postu sizlərlə bölüşmək istədim. Allah sənə rəhmət eləsin, əziz babam! Yerin cənnət olsun" deyə, o, yazıb. 
 
Qeyd edək ki, C.Məmmədov aprelin 20-də ürəktutmasından dünyasını dəyişib. (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.