Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Şəbnəm mənə qarşı səhv addım atdı"

"Şəbnəm mənə qarşı səhv addım atdı"

2024-10-02 , 16:22

"Şəbnəmi çox şişirtdik. Çox böyük səhv addımlar atdı. Bunlar mənə keçməz. Şəbnəmin səhnə stajının iki qatı qədər stajım var. Şəbnəm 10 ildir oxuyur, mən isə 24 ildir bu sahədəyəm. Ölkənin ən qaymaq müğənniləri ilə çalışmışam".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) verilişində deyib. O, müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasındakı qalmaqaldan danışıb. Tolik bildirib ki, Vəfanın tərəfini tutmasına görə Şəbnəm onu hədələyib:
"Toy bazarı üçün işləməmişəm. Mənə hədə-qorxu gəlmək lazım deyil. Qadın söhbətinə kişi girirsə, demək kişinin sözü keçmir. Şəbnəmdən incimişəm. Mən 300-500 manat verib yanında gəzdirdiklərindən deyiləm, bunlar mənə keçməz. Mənə hansısa yerdən zəng gəlməyi... Verilişimdə Şəbnəmi hamıdan üstün tutdum, amma bundan sonra olmayacaq".
Qeyd edək ki, Şəbnəm və Vəfa "Cənnətimsən" mahnısı üstündə mübahisə edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.