Vəfanın Şəbnəmin qaçırdığı dediyi işçisinin izahatı üzə çıxdı - Şok Sənəd
Müğənni Şəbnəm Tovuzlu ilə həmkarı Vəfa Şərifova arasında "Cənnətimsən" mahnısına görə qalmaqal davam edir.
Sözügedən mahnını birinci Şəbnəm Tovuzlunun bəstəkarı Arzu Məmmədovadan aldığı bildirilsə də, "YouTube" platformasında mahnı Vəfa Şərifovanın işçisi Nadir Kərimovun adına bəstəkar və söz müəllifi olaraq qeydiyyata salınıb. Mahnı qısa zamanda trenddə birinciliyi qazanıb. Lakin, müəllif Arzu Məmmədovanın şikayəti əsasında Nadir Kərimov müəllif hüquqlarını pozduğu üçün polisə şikayət edilib.
Şikayət ərizəsi əsasında Nadir Kərimovun izahatı alınıb. Araşdırma zamanı Kərimov Nadir Mübariz oğlu izahatında bildirib ki, 2022 - ci ildən NK Media MMC adlı şirkət qurub. Təxminən 3-4 gün öncə birlikdə çalışdığı müğənni Vəfa Şərifova tərəfindən "YouTube" kanlına yerləşdirilməsi üçün ona təqdim edilən "Cənnət sayılır" adlı mahnının müəllifi kimi Vəfa Şərifovanın qeyd olunması tələbi ilə göndərilmişdir. O da göstərildiyi kimi mahnının müəlifini Vəfa Şərifova kimi göstərib yayınlamışdır. Müəllif hüquqlarını qorumaq məqsədilə V.Şərifovanın tələbi ilə MESAM-da qeydiyyatda olmadığı üçün bir həftə mahnı onun adında saxlanılıb. 2-3 gün sonra V. Şərifovanın qeydiyyatı tamamlandıqdan sonra mahnı Vəfa Şərifovanın adına keçiriləcəkdir. O məsələ ilə bağlı heç bir əlaqəsinin olmadığını, sadəcə Vəfa Şərifova ilə aralarında olan müqaviləyə əsasən onun tələblərini yerinə yetirdiyini bildirmişdir.
Sənəddə bildirilir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Məmmədova Arzu Rəhman qızı ilə Kərimov Nadir Mübariz oğlu arasında olan mübahisə mülki xarakterlidir. Belə olan halda Kərimov Nadir Mübariz oğlunun əməlində cinayət tərkibi müəyyən edilməmişdir.