Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Niyam Rəmişin xanımını işdən çıxardıb?

Niyam Rəmişin xanımını işdən çıxardıb?

Niyam Rəmişin xanımını işdən çıxardıb?
2024-11-21 , 22:11

Aparıcı Zaur Kamal müğənni Niyam Salaminin mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünü sahibi olduğu restoranda işdən çıxartdığını deyib.

Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda verilişində danışan Zaur "2 il yanında işləyib, indi çıxardıb. Deyir ki, mənə dəstək oldu, işə götürdü. İndi şikayət edir ki, niyə məni işdən çıxartdı" sözlərini əlavə edib. 
Niyam isə "Restoran hələ açılmayıb, necə işdən çıxartdım? Yalan danışır. Elə bir sənətkarın xanımını işə dəvət edəndə adını nə qoyum? Gülü yanımda nə işləyir? Aşpaz köməkçisi? Yox. O, işləmir, adı Niyamın yanında olmaqdır. Yanımda sağ əlim olacaq" deyə, cavab verib. 
Qeyd edək ki, Rəmiş dünyasını dəyişəndən sonra xanımı restoranda çalışmağa başlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.