Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Toydan evə milyonla qayıtmışdım” - Bilal Əliyev VİDEO

“Toydan evə milyonla qayıtmışdım” - Bilal Əliyev VİDEO

“Toydan evə milyonla qayıtmışdım” - Bilal Əliyev VİDEO
2024-12-09 , 17:16

Xalq artisti Bilal Əliyev indiyə kimi toydan aldığı ən yüksək qonorarını açıqlayıb.

Bu haqda sənətçi “İncə səhər” verilişinə müsahibəsində söz açıb.
Bilal bildirib ki, illər əvvəl Almaniyada iştirak etdiyi məclisdən 45 min dollar qonorar alıb:
“Qapımda səhərə kimi 60-70 avtomobil gözləyirdi ki, mən toydan gələndə onlar öz toylarını mənə yazdırsınlar. Almaniyada olanda bir toyda iştirak etdim. O məclisdə çıxışıma görə mənə 40-45 min dollar pul verdilər. Azərbaycanda gözəl bir toyda iştirak etmişəm və evimə bir kisə pul aparmışam. Bəli, belə vaxtlarım olub. Təxminən o kisədəki pulu sayanda evdə 15 adam var idi. Tapşırdım ki, kim on “paçka” pul düzəltsə, ona bir “paçka” pul verəcəyəm. O pula çox şey aldım, kasıba əl tutdum. 100 min yox orada milyondan söhbət gedir”. (olay)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.