Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nadir xanımına avtomobil alan musiqiçidən danışdı

Nadir xanımına avtomobil alan musiqiçidən danışdı

Nadir xanımına avtomobil alan musiqiçidən danışdı
2025-09-22 , 16:33

Müğənni Nadir Qafarzadə "Həmin Zaur" verilişində qonaq olub.

 
O, proqramda dediyi sözlərlə diqqət çəkib. 
 
Sənətçi musiqiçi Hüseyn Məhəmmədoğlunun xanımına avtomobil hədiyyə etməsindən danışıb:
 
"Halal olsun Hüseynə, düz edib. Kişi nə qədər ki, ailəsinə pul xərcləyəcək, onun ruzisi də bol olacaq. Adam pulunu ailəsinə xərcləyər, ona-buna yox. Nümunəvi ailələri xalqa göstərmək lazımıdr, yaxşı edib paylaşıb".
 
Xatırladaq ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün öncə aktrisa həyat yoldaşı Aysel İbrahimovaya həm yenidən tələbə adını qazanması, həm də ad günü münasibətilə yeni bahalı avtomobil hədiyyə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.