Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Bu sözü mənə demək heç kimin başı üçün deyil" -  Xatirə İslam

"Bu sözü mənə demək heç kimin başı üçün deyil" -  Xatirə İslam

2026-02-23 , 15:26

Bu dəfə müğənni Xatirə İslamla aparıcı Tarix Əliyev (Tolik) arasında mübahisə düşüb.

Yenilik.az xəbər verir ki, buna səbəb Xatirənin müğənni Səidə Sultanın Toliklə bağlı videosuna ürək qoyub, şərh yazması olub.
Tolik verilişində Xatirədən incidiyini, onu sosial şəbəkədə "qara siyahı"ya atdığını deyib. O, qarşı tərəfi ikiüzlü adlandırıb.
Xatirə isə onun sözlərinə belə reaksiya verib:
"İkiüzlü insan kiməsə ürək emojisi qoyan deyil. İkiüzlü sözünü deyib, sonra danandı. Bu sözü mənə demək, heç kimin başı üçün deyil, əminəm ki, məni deməz. Kim o sözü adımı çəkib üzümə deyə bilirsə, nömrəmi bilir, özümə desin. "Adsız dəyirmanda xoruz ölər" Söylü bacı demişkən. Tolikin haqqına girisiniz, məni deməyib. Kimə nə lazımdır, onu qoya bilən adamam. Bir gün ürək qoyaram, bir gün daha maraqlı nəsə. Tolikə də kiminləsə söz-söhbəti olanda az ürək qoymamışam.Yəqin məni qısqanıb".Axşam.az




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.