Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Kişi həyat yoldaşına gözəl gün yaşatmalıdır"

"Kişi həyat yoldaşına gözəl gün yaşatmalıdır"

2026-03-03 , 18:13

"Kişi həyat yoldaşına gözəl gün yaşatmağı bacarmalıdır".

Yenilik.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Qonaqcanlı" verilişində deyib. Musiqiçi aktrisa xanımı Aysel İbrahimovadan danışıb:
"Aysel dövlət tədbirlərində çıxış edir. Onun uğuru mənim uğurumdur. Onun bu cür çıxışları mənim üçün fəxrdir. Ailədə kişi həyat yoldaşına dəstək olmalıdır. Hamımız bu həyata bir dəfə gəlirik. Bir də gəlməyəcəyik. Elə şərait qurmalıyıq ki, həyat yoldaşımız gözəl günlər görsün. Əfsuslar olsun ki, buna dəyər verib qarşılıq verən xanımlar da var. Qarşılıq verməyib, doymayıb, daha çox istəyən xanımlar da var".
Axşam.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.