Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xoşqədəm arıqlama çaylarını da pislədi - VİDEO

Xoşqədəm arıqlama çaylarını da pislədi - VİDEO

Xoşqədəm arıqlama çaylarını da pislədi - VİDEO
2026-05-18 , 13:27

Aparıcı Xoşqədəm Hidayətqızı formada qalma sirrini bölüşüb.

Aparıcı uzun illərdir idman etdiyini, yalnız bu yolla çəkisini saxladığını bildirib:
"Uzun illərdir - 1990-cı illərdən bu yana bütün günü idman etmişəm - fitnes, boks, tennis, pilates. Bircə xəstə olduğum günləri çıxmaq şərti ilə, o da az olub. Əmək sərf etmədən heç bir uğuru, gözəlliyi əldə etmək olmaz. Ona görə də əmək sərf etmək lazımdır. Çaylardan, detokslardan, iynələrdən uzaq durun, əziz xanımlar. Elə bəylər də... Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil. Səhər durun, idman edin və zövq alın". (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.