Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO
2026-04-13 , 15:13

Qarabağ Universitetinin İncəsənət fakültəsində 9 aprel tarixində sinif konserti təşkil olunub.

Nocomment.az xəbər verir ki, konsertdə Əməkdar artist Ehtiram Hüseynov tələbələri ilə birlikdə çıxış edərək müxtəlif musiqi nömrələri təqdim edib.
Gənc ifaçılar klassik və müasir əsərləri səsləndirərək öz bacarıqlarını nümayiş etdiriblər.
Konsert proqramında tələbələri fakültənin müəllimləri – Əməkdar artist Kamran Kərimov (nağara), Nurlan Cəbizadə (tar) və Elvin Novruzov (kamança) müşayiət ediblər.
Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan konsert səmimi və yaradıcı atmosferi ilə yadda qalıb. Bildirilib ki, bu cür tədbirlər tələbələrin səhnə təcrübəsinin artırılması və peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, İncəsənət fakültəsində mütəmadi olaraq təşkil olunan belə konsert proqramları gənc istedadların üzə çıxarılmasına və mədəni mühitin inkişafına töhfə verir.

 
 





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.