Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Tovuzda yaşayış evində partlayış oldu: Ev sahibi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi

Tovuzda yaşayış evində partlayış oldu: Ev sahibi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi

Tovuzda yaşayış evində partlayış oldu: Ev sahibi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi
2023-04-23 , 21:55

Tovuz rayonunun İbrahimhacılı kəndində yaşayış evində partlayış olub.
Yenilik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1975-ci il təvəllüdlü Rüstəmov İlqar Oruc oğluna məxsus ümumi sahəsi 80m² olan ikiotaqlı köməkçi tikilidə ilkin ehtimala görə məişət qaz balonunun sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının təsirindən tikiliyə ziyan dəyib və yanğın nəticəsində köməkçi tikilidə ev əşyaları 5m² sahədə yanıb. Ev sahibi İ.Rüstəmov aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.