Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Bakcell” Formula 1-in ən sürətli anlarını təqdim edir!

“Bakcell” Formula 1-in ən sürətli anlarını təqdim edir!

“Bakcell” Formula 1-in ən sürətli anlarını təqdim edir!
2023-04-29 , 18:32

Bakıda keçirilən Formula 1 yarışları çərçivəsində sürət həvəskarları Azərbaycanın ən sürətli mobil şəbəkəsini sınaqdan keçirə bilirlər. Azneft dairəsi ərazisində qurulmuş “Bakcell” zonasında şirkət sürət və əyləncəni bir araya gətirib. Yarış günləri ərzində şirkətin stendini ziyarət edən azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsinin üstünlükləri ilə tanış olurlar. 

“Bakcell” tribunası və tribunanın ətrafında yerləşən “Bakcell” əyləncə zonası qonaqların böyük marağına səbəb olub, bu nüfuzlu idman yarışının ən populyar və ziyarət olunan guşəsinə çevrilib.  
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi aprel ayının 30-na kimi davam edəcək. Sürət və əyləncəni bir araya gətirən “Bakcell” stendi bu günlər ərzində yarış həvəskarlarına xidmət göstərəcək.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.