Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Heydər Əliyev və müasir Azərbaycan” adlı Respublika elmi-praktik konfransı keçirilib

“Heydər Əliyev və müasir Azərbaycan” adlı Respublika elmi-praktik konfransı keçirilib

“Heydər Əliyev və müasir Azərbaycan” adlı Respublika elmi-praktik konfransı keçirilib
2023-05-06 , 02:48

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Polis Akademiyasıda “Heydər Əliyev və müasir Azərbaycan” adlı Respublika elmi-praktik konfransı keçirilib. Tədbirə başlamazdan öncə qonaqların iştirakı ilə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əkili və gül dəstələri qoyulub. Daha sonra Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdi. Konfrans iştirakçılarını açılış nitqi ilə salamlayan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov konfransın işinə uğurlar arzulayıb.
Tədbirin davamında Mediasiya Şurasının İdarə Heyətinin sədri, h.ü.f.d. Nadir Adilov konfransda açılış nitqi ilə çıxış edib. O, öz çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev irsinə toxunaraq qeyd edib ki, bu gün ölkə ərazisində görülən işlərin, aparılan islahatlar və yaradılan bütün şəraitin bünövrəsi Heydər Əliyev sayəsində olub. Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən bu işlər uğurla davam edir.
Tədbirdə həmçinin mediatorlar Mayıl Əhməd, Təranə Hüseynova, Mayıl Bayramov, Əmir Bayramov və Əli Qəniyev də iştirak edib.
Sonda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi. Akademiya rəisi polis general-mayoru Canpolad Daanov yekun nitqi ilə çıxış edərək iştirakçılara təşəkkürünü bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.